Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-leytenant Tiran Xaçatryan 2 ay müddətinə həbs edilib.
Bizim.Media xəbər verir ki, bu informasiyanı generalın vəkili Varazdat Arutyunyan yayıb.
Onun sözlərinə görə, Xaçatryana qarşı xuliqanlıq (silahdan istifadə etmək) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, general Xaçatryan Kotayk rayonundakı “Aramus” restoranında atışma ilə sona çatan əlbəyaxa davada iştirak edib.
Hadisə nəticəsində restorana gələnlərdən biri güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.
Bizim.Media