Ermənistan Ordusunda 24 saat ərzində ikinci dəfə zabit ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Vardenisdə yerləşən postlardan birində leytenant Mikael Danielyanın meyiti aşkarlanıb.
Qətlə yetirilən leytenantın meyiti səhər saat 11 radələrində aşkar edilib, lakin keçilməz yollar səbəbindən meyit bir neçə saat postda qalıb və xəstəxanaya aparıla bilməyib. Zabitin yaxınlarının sözlərinə görə, onun orduda hər kəslə problemi olub.
Qeyd edək ki, bu gün səhər saatlarında eyni rayonda xidmət aparan əsgər ona təhkim olunmuş silahdan atəş açaraq zabiti öldürüb.
Bizim.Media