Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını dayandırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib.
Məlumata görə, buna səbəb sözügedən marşrutun rentabelli olmamasıdır.
"Bərə bir neçə ay işlədi. Qiymətləndirməmizə görə, o, ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bərə daşımalarından yetərincə istifadə etmədilər”, - deyə erməni nazir bildirib.
Bizim.Media