“Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan ordusunun Zod kəndi istiqamətində atəş açması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
O, habelə Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə məlumatı da yalan adlandırıb.
Bizim.Media