Paşinyanın Putindən istəmədiyi şey qalmadı: AES, Doza, Hərbi əməkdaşlıq...

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə söhbətə hərbi əsirlərlə başlayıb, sonra isə İrəvanda yazdıqlarını bir-bir Kremlin sahibindən xahiş edib.

Bizim.Media xəbər verir ki, onun istədiyi ilk şey Ermənistanda yeni atom elektrik stansiyası tikmək imkanlarını nəzərdən keçirməkdir.

"Ümid edirəm ki, bu gün strateji investisiyalarla əlaqəli bəzi məsələləri müzakirə edəcəyik və bu mənada bu gün sizinlə Ermənistan Respublikasında yeni bir atom elektrik stansiyası tikmək imkanlarını müzakirə etmək istəyirəm". Paşinyan danışıqların əvvəlində belə deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Putinə gileyləndi: “Əsir məsələsi həll olunmayıb”


Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan mövzu ilə bağlı bir müddət öncə Ermənistanın 2040-cı ilədək enerji sektorunun inkişafı üçün strateji proqramın əsas məqsədinin uzunmüddətli hədəflərə uyğun olaraq yeni bir atom elektrik stansiyasının inşası olduğunu bildirmişdi. 

Qeyd edək ki, Ermənistanın AES-i Cənubi Qafqazdakı yeganə atom elektrik stansiyasıdır və Ermənistanda istehsal olunan elektrik enerjisinin üçdə birindən çoxunu istehsal edir. Rusiya və Ermənistanın nüvə enerjisi sahəsindəki əsas layihəsi, Ermənistan AES-in ikinci enerji blokunun modernləşdirilməsi və istismar müddətinin uzadılması layihəsidir.

Paşinyanın ikinici istədiyi şey bir milyondan çox Sputnik V peyvəndi olub.

O, xatırladıb ki, Ermənistan onsuz da təxminən 15 min doza qəbul edib, sabah bu partiya respublikaya gələcək.

"Bu, Rus peyvəndinin simvolik bir partiyasıdır. Effektivliyini sübut etdi". Respublika hökumətinin başçısı belə deyib.

Rusiya lideri rus peyvəndinin artıq Ermənistanda qeydiyyata alınıb-alınmadığını soruşub və Paşinyan müsbət cavab verib.

Ermənistan baş nazirinin sözlərinə görə, Rusiya indi də dərmana böyük ehtiyacın olduğunu başa düşür. Bununla əlaqədar olaraq Putin, peyvənd istehsalının indi "sürətləndiyini" qeyd edib və söhbət kifayət qədər böyük bir həcmdən gedir. Onun sözlərinə görə, istehsal həcmi ümumiyyətlə ölkə daxilindəki tələb ilə müqayisə oluna bilər.

Rusiya dövlətinin başçısı məsələnin həll olunacağına əmindir.

Xatırladaq ki, peyvənd Qamaley adına Mərkəz tərəfindən istehsal olunur. Bu peyvənd dünyada qeydə alınan ilk koronavirus peyvəndidir. Artıq 50-dən çox ölkədə təsdiq edilib. Bu ölkələrin ümumi əhalisi 1,5 milyard nəfəri ötür.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ermənistan ortaq hərbi qüvvələr qrupunun fəaliyyətinin "bəzi nüanslarını" da müzakirə edib.

Bu çərçivədə, Ermənistan baş naziri bölgədəki kollektiv hava hücumundan bəhs edib.

Bununla da Paşinyan Putindən daha bir şey istədiyini dilə gətirib.

"Ümid edirəm ki, bu gün Rusiya-Ermənistan birləşmiş qüvvələr qrupunun fəaliyyətindəki bəzi nüansları da müzakirə edəcəyik. Hazırda vahid regional hava hücumundan müdafiə sistemimiz də var". Paşinyan qeyd edib.

Bundan əvvəl, Ermənistan hökumətinin başçısı regional təhdidlərə qarşı birləşmiş qruplaşmanı gücləndirməyin lazım olduğunu bildirmişdi.

Xatırladaq ki, Ermənistan və Rusiya qoşunlarının vahid qruplaşması 2016-cı ildə yaradılıb. Qruplaşmanın əsas vəzifələri arasında Ermənistana və Rusiyaya qarşı birbaşa silahlı hücumun qarşısını almaq və dəf etməkdir.


Bütün bunların Paşinyanın dili ilə Moskvada səslənməsi heç də onların hamısının həyata keçəcəyindən xəbər vermir.

Xatırlayırsınızsa, Paşinyanın Putinlə son görüşündə ölkə ictimaiyyəti üçün nəzərdə tutulan “Azərbaycanda olan hərbi əsirlərin hamısı geri qaytarılmalıdır” açıqlaması elə deyildiyi kimi havada qaldı. 

Rəsmi Bakı isə “Bütün hərbi əsirlər geri qaytarılıb” bəyanatı ilə söhbətə son qoydu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün 1/4 finalın ikinci oyunları keçiriləcək

Bu gün 1/4 finalın ikinci oyunları keçiriləcək

Overçukdan daha bir XƏBƏRDARLIQ: "Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa..."

Overçukdan daha bir XƏBƏRDARLIQ: "Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa..."

Çindən Avropaya ilk yük qatarı yola düşdü - Xəzər dənizi ilə Bakıya çatacaq

Çindən Avropaya ilk yük qatarı yola düşdü - Xəzər dənizi ilə Bakıya çatacaq

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

Dumanlı hava nə vaxtadək davam edəcək?

Dumanlı hava nə vaxtadək davam edəcək?

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

İran İsrailin pilotsuz təyyarəsini vurdu

İran İsrailin pilotsuz təyyarəsini vurdu

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

End of content

No more pages to load

RADİO