Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi cinayətlər törədib.
Bizim.Media xəbər verir ki, bu barədə "Amnesty International"ın məruzəsində qeyd edilib.
Bildirilib ki, müharibə vaxtında nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycanlı hərbçilərin meyitlərinin təhqir olunması müşahidə olunub.
"Boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur"- deyə məlumatda bildirilib.
Bizim.Media