Ermənistanın ikinci prezidenti Robert Köçəryan Moskvada olduğu müddətdə Rusiya Prezidenti Vladimir Putinlə söhbət edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.
Mənbə yazır ki, söhbət koronavirusla bağlı vəziyyətə görə onlayn aparılıb və təxminən bir saat davam edib.
Qeyd edək ki, Köçəryanla Putin arasında söhbət keçən həftə, Ermənistanın eks-prezidenti “Sistema”nın idarə heyətinin iclasında iştirak etmək üçün Moskvada olarkən baş tutub.
Agentliyin məlumatına görə, tərəflər Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər.
İkinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan informasiyaya münasibət bildirməyib.
Bizim.Media