Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü, qurumun təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan tutduğu vəzifədən istefa verib.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, A.Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsini yazıb.
Buna səbəb kimmi yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı göstərilir.
Qeyd edək ki, Artsurun Ovannisyan Vətən müharibəsi dövründə Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini "takitiki geri çəkilmə" adlandırması ilə yadda qalıb.
Bizim.Media