Yaxın Şərq və Qafqazda BÖYÜK SAVAŞ PLANI – Qərb niyə sülhə DÜŞMƏNDİR? 

Fransa təkcə neokolonializm yox, həm də terror dövlətidir. Fransızlar heç zaman insanlığın yanında yer almayıb, hər zaman terrora dəstək veriblər. 

Üstəlik, bu ölkənin siyasəti islamofobiya üzərində qurulub. Təsadüfi deyil ki, Fransa prezidenti Emmanuel Makron dünən Təl-Əvivə ayaq basan kimi antimüsəlman çağırışları etməyə və İsraili fələstinlilərə qarşı açdığı cəbhəni genişləndirməyə səsləyib. 

Üstəlik, Makron “İsrailin təhlükəsizliyi” üçün İraq və Suriyada İŞİD terror təşkilatına qarşı mübarizə aparan beynəlxalq koalisiyanın Qəzza zolağında HƏMAS silahlı qruplaşması ilə mübarizəyə cəlb edilməsini təklif edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ


O, İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bu mübarizəyə necə cəlb oluna biləcəyi ilə bağlı təklifləri var:

“HƏMAS-a qarşı amansız olmaq lazımdır. Bu istiqamətdə Fransa hər cür yardım etməyə hazırdır”. 

Maraqlıdır ki, Makron səfəri çərçivəsində heç bir sülh təklifi səsləndirməyib. Bu da Makronun, bütövlükdə isə Fransa dövlətinin islamofobiya xəstəliyindən əziyyət çəkdiyinin göstəricisidir. Makronu Təl-Əvivə gətirən yəhudi sevgisi deyil, İslama olan nifrətdir. Məhz buna görə Fransa lideri sülhdən yox, müharibənin qloballaşmasından daha çox danışıb. 

O, xristian dünyasının digər ərəb dövlətlərində olduğu kimi Fələstində də vahid cəbhədən çıxış etməsinin vacibliyini qeyd edib. Bu da o deməkdir ki, Qəzza bölgəsində günahsız qanlar hələ çox axıdılacaq. Təsadüfi deyil ki, rəsmi Vaşinqton da Makronla eyni fikirdədir.  

Məlum olduğu kimi bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”.

Qərb liderləri birmənalı şəkildə sülh danışıqlarından uzaq qaçırlar

Qərb İsraili daha iri miqyaslı müharibəyə təşviq edir. Onlar bu yolda Təl-Əvivə hərbi və iqtisadi yardım göstərməyə hazır olduqlarını bəyan edirlər. Siyasi və diplomatik dəstəksə ortadadır. Hazırda həm ABŞ-da, həm də Avropada Fələstinə dəstək nümayiş etdirən fərdlərə qarşı böyük basqı var. Məsələn, ABŞ-da yaşayan Fələstin əsilli model Cici Hadidi və əlcəzair əsilli futbolçu Kərim Benzemanı Qərbin rəsmi dairələri özlərinin “qara siyahısı”na salıblar.

Bu biabırçılığı edən məhz o dövlətlərdir ki, hər il başqa ölkələrdəki insan hüquq və azadlıqlarının boğulması ilə bağlı palaz-palaz hesabatlar hazırlayıb yayırlar. Amma bir kəlmə sözə görə Fransa siyasətçiləri Benzemanın əlindən bütün təltiflərini almağa çağırırlar. Bu da Qərbin, eləcə də Fransanın mahiyyətinin göstəricisidir. Qərb öz ölkələrindən başqa heç bir ölkədə nə sülhün, nə iqtisadi inkişafın, nə də ki, demokratiyanın olmasını istəmir. Və fürsət düşdükcə özlərinə “dost” hesab etmədikləri ölkələrin üstünə gedirlər. 

HƏMAS-ın son hücumu qəfil və gözlənilməz olduğu qədər təəccüblüdür

Necə ola bilir ki, uzaq tayqa meşələrində və yaxud Afrika cəngəlliklərində milçək uçmasından qabaqcadan xəbərdar olan Qərbin ən güclü kəşfiyyat orqanlarının HƏMAS kimi başıpozuq bir dəstənin hücumundan xəbərləri olmadı?! Üstəlik, nəyə görə HƏMAS hərbi yox, mülki obyektlərə hücum etdi?! Eyni zamanda, İsrail ordusunun nəzarət zonasına basqın edən HƏMAS döyüşçüləri yüzlərlə mülki əhalini asanlıqla girov götürüb. Və bu böyüklükdə əməliyyatdan heç kimin xəbəri olmayıb. 

Heç inandırıcı görünmür. 

İnandırıcı gələnsə odur ki, HƏMAS-ın hücum planının arxasında Qərb kəşfiyyatı dayanıb. Ona görə də sona qədər hücum planı gizli saxlanılıb və hərbi obyektlər yox, mülki əhali hədəf götürülüb. Əslində bu hücum planının bir məqsədi Ukrayna-Rusiya müharibəsini arxa plana atmaq və xristian-müsəlman müharibəsini ön plana keçirməkdir. HƏMAS-ın mülki əhalini, xüsusən də beynəlxalq tədbirin keçirildiyi ərazini hədəfə almasında məqsəd xristian və digər qeyri-müsəlman dövlətlərində islamofobiyanı daha güclü şəkildə alovlandırmaqdır.

Qərb sülhə, yoxsa müharibəyə “hə” deyir?

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, müharibənin uzunmüddətli və irimiqyaslı olmasında Qərb çox maraqlıdır. Təsadüfi deyil ki, ABŞ, Fransa, Almaniya və digər böyük dövlətlərin rəsmiləri də bu istəklərini gizlətmirlər. Bu isə insanlığı tapdalamaqdan və dinlərarası nifrəti gücləndirməkdən başqa bir şey deyil.

Qərbin anti-İslam planları təkcə İordan çayı sahilləri ilə kifayətlənmir. 

Qərbin bu sahədə çox məkrli və çirkin planları var. Bu çirkin planlardan biri də Cənubi Qafqazla bağlıdır. ABŞ və Fransa açıq şəkildə Ermənistana hərbi və siyasi dəstək verərək Azərbaycana qarşı müharibə planları qururlar. Son 2 ayda həm ABŞ, həm də Fransa Ermənistanla hərbi əməkdaşlığı xeyli genişləndirib. Fransa hətta Ermənistanın hava məkanının mühafizəsini öz üzərinə götürür. Bu isə Azərbaycanın sülh və regional inkişaf planları ilə tərs mütənasibdir. 

Qərbin Cənubi Qafqazla bağlı planı iflasa məhkumdur

Çünki Azərbaycanın yürütdüyü davamlı və qətiyyətli siyasət regionun inkişafına töhfə verir. Bütövlükdə region dövlətlərini siyasi-iqtisadi fəlakətlərdən sığortalayır. Ona görə də Qərbin Cənubi Qafqaz planı quru xəyaldan başqa bir şey deyil. 

Lakin Qərb Yaxın Şərqdə çox qanlar tökəcək. Bəlkə də tarixdə heç zaman bənzəri görülməmiş dini müharibənin də əsası qoyulacaq...

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

General-mayor olan Elfan Quliyevin FOTOSU

General-mayor olan Elfan Quliyevin FOTOSU

Toralla xanımından maraqlı Video

Toralla xanımından maraqlı Video

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Ən gənc general-leytenant oldu

Ən gənc general-leytenant oldu

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Pensiyalarla bağlı vacib məlumat

Pensiyalarla bağlı vacib məlumat

Çin avtomobilləri BAHALAŞACAQ

Çin avtomobilləri BAHALAŞACAQ

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

End of content

No more pages to load

RADİO