Ölkəmiz qonşularına problemlər yaradır - Erməni politoloq

“Nəzərə alsaq ki, Ermənistan öz siyasəti ilə həm Rusiya, həm də İran üçün xeyli çətinliklər yaradıb. Üstəlik, Ermənistan daxilində anti-Rusiya əhval-ruhiyyəsi yaranıb. Deməli Ermənistanın “3+3” platformasından böyük gözləntiləri olmayacaq. Bütün bunlar Ermənistan hakimiyyətinin davam edən siyasətinin nəticəsidir”.

Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan "PastinfoTV" Youtube kanalına açıqlamasında Ermənistanın müxtəlif platformalarda iştirakını şərh edərkən deyib.

“Bu, təkcə bir platforma ilə məhdudlaşmır. Ermənistan hakimiyyəti açıq-aşkar qonşuları ilə total gərginlik gətirən siyasət aparır. Aydındır ki, onlar bizim daimi düşmənlərimizdir (Azərbaycan və Türkiyə nəzərdə tutulur- red.), lakin bu, həm də İran və Rusiya ilə gərginliyə gətirib çıxarır.

Biz bunu aydın görürük. Ermənistan hakimiyyətinin siyasətinin nəticəsidir ki, belə bir vəziyyət yaranıb. Əvvəlcə bu vəziyyətin qarşısını almaq olardı, lakin Ermənistan hakimiyyəti inadla belə bir xətt tutdu və  düşmənlərimizin üstünə yeni düşmənlər qatdı, nəticədə heç bir məsələni həll etmədi.

Əgər siz peşəkar siyasətçisinizsə, bu platformaların ziddiyyətlərindən öz xeyrinizə istifadə edə bilərdiniz. Hansı ki,  belə xətt Azərbaycan tərəfindən həyata keçirilir. Problem platformalarda deyil. Problem danışıq aparan erməni siyasətçilərinin peşəkarlığının olmamasıdır.

Çünki Azərbaycan platformalar arasındakı ziddiyyətlərdən çox gözəl istifadə edir. O, bu platformaların ziddiyyətində öz maraqlarını maksimum dərəcədə təbliğ etməyə qadirdir.

Erməni tərəfi isə təəssüf ki, hakimiyyət nümayəndələrini, danışıqları aparanları hara göndərirsə, uğursuzluğa düçar olur. Onların nə təcrübəsi, nə biliyi, nə ağlı, nə bacarığı var.

Ən məhsuldar platforma maksimum nəticə göstərən platforma olmalıdır, lakin başa düşməlisiniz ki, Qərbdə bəzi məsələlər həll olunsa belə, sonda siz bu coğrafiyanı dəyişməyəcəksiniz, bu regionun qonşularından da qaçmayacaqsınız. Sonda onlarla danışmaq, problemləri həll etmək lazımdır”, - deyə politoloq bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

End of content

No more pages to load

RADİO