Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroluq hərbi müqavilələri necə ödəyəcəyi məlum deyil.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.
Mənbə qeyd edib ki, Fransanın Ermənistana edəcəyi dəstəyə təlimlər, eləcə də radarların və zenit raketlərinin satışı daxildir.
"Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ də sual altındadır", - deyə nəşr vurğulayıb.
Bizim.Media