Rusiya üçün “3+3” platforması niyə həyati ƏHƏMİYYƏTƏ MALİKDİR? – Xarici analitiklərin ÖZƏL TƏHLİLİ

Azərbaycanın təklifi ilə reallaşan “3+3” platformasının ikinci iclası Tehranda reallaşdı. Görüş zamanı “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Lakin təklif edilən platformada Gürcüstanın iştirak etməməsi layihənin “2+3” formatında da davam etdirilə biləcəyindən xəbər verir. 
 

MÖVZU İLƏ BAĞLI:

Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə BƏYANAT qəbul olunub


Bəs sözügedən layihə iştirakçı ölkələrə nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin bildirib ki, Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi Birliyində yer almaması səbəbindən Rusiya “3+3” platformasının reallaşmasında ən maraqlı ölkələrdəndir. 


Həmçinin lahiyənin reallaşması Rusiyanın son illər tətbiq edilən sanksiyalara qarşı iqtisadi dirçəlişini təmin edəcək:

“”3+3” platforması Rusiya üçün prinsipial məna daşıyır. Bu ölkələrdən Rusiya və Ermənistan Avrasiya İqtisadi birliyinin üzvləridir. Rəsmi Moskva Azərbaycan və Türkiyənin sözügedən təşkilata (Avrasiya İqtisadi Birliyinə) qoşulmasını çox istəyirdi. 

Deyərdim ki, “3+3” platforması Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında iqtisadi inkişafın yaxşılaşdırılmasına da kömək edəcək. Həmçinin siyasi sabitləşmə mümkün ola bilər. Qarabağ müharibəsindən sonra proseslərin daha yaxşı olması üçün iqtisadi əlaqələr vacibdir. Düşünürəm ki, layihənin reallaşması həm də sülhə xidmət edir”.

“Gürcüstansız layihənin reallaşması xeyli vaxt apara bilər”

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka isə qeyd edib ki, Gürcüstansız layihənin reallaşması xeyli vaxt apara bilər:


“Belə bir iqtisadi birliyin nə qədər tez reallaşacağını söyləmək çətindir. Prosesin sürətlə həyata keçirilməsinə çoxlu maneələr var. Əsas əngəllər münaqişənin davam edən şiddəti və altılığın üzvlərinə tətbiq edilən sanksiyalar və ölkələr arasında etibarlı uzunmüddətli razılaşmaların olmamasıdır. Bununla belə, heç bir şeyi qeyri-mümkün hesab etmək olmaz. 
İnanmaq istərdim ki, belə bir iqtisadi birlik formalaşa bilər və bu, regionun inkişafına xidmət edəcək. Amma mənim fikrimcə, bu, indinin yox, növbəti onilliyin məsələsidir”.

“Əvvəlcə ölkələrin ikili əməkdaşlıqları inkişaf etdirilməlidir”

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun (FNEB) aparıcı analitiki, iqtisadçı İqor Uşkov isə “3+3” platformasının böyük layihə kimi reallaşması üçün öncə ikili iqtisadi əlaqələrin inkişaf etdirilməli olduğuna diqqət çəkib:


“Mən düşünürəm ki, ilk öncə iki tərəfli əməkdaşlıq haqqında düşünmək lazımdır. “3+3” platformasının reallaşması üçün ikili əməkdaşlıqlar inkişaf etdirilməlidir. Bunun üçün Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmalıdır. İqtisadi baxımdan da müxtəlif sahələr üzrə Türkiyə-Rusiya münasibətləri daha irəli səviyyəyə daşınmalıdırlar. Çünki hazırda Rusiya da, Türkiyə də böyük qaz layihələri üzərində işlər aparır. 

Düzdür, bu layihə hazırda yavaş-yavaş işləsə də, ancaq "proyekt" ətrafında danışıqlar davam etdirilir. Tərəflər arasında elə layihələr də var ki, bu, Türkiyə üçün heç də sərfəli deyil. Rusiyanın əsas istəklərindən biri Bakı üzərindən İrana marşrut çəkməkdir. Yəni Rusiya buradan birbaşa Hind okeanına çıxış əldə etmək niyyətindədir.

Eyni zamanda region ölkələrini birləşdirən bir çox layihələr var. Ona görə də ikili münasibətlər tam həllini tapdıqdan sonra “3+3” platformasının reallaşması mümkün olacaq”. 

Qeyd edək ki, Azərbaycanın təklif etdiyi altılıq platforma region ölkələrinin iqtisadi inkişafına xidmət edəcək mega layihə hesab edilir. Lakin altılı platformanın reallaşması həm də Zəngəzur dəhlizinin açılmasını labüd edir. Ümumilikdə isə “3+3” platformasının Türkiyədə baş tutması planlaşdırılan növbəti iclasında layihənin reallaşması üçün qaranlıq qalan məqamların da müzakirə ediləcəyi və Zəngəzur dəhlizinin açılması üçün Ermənistana konkret təkliflərin irəli sürüləcəyi gözlənilir.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

End of content

No more pages to load

RADİO