Oğru elə BAĞIRDI Kİ... – Sülhdən qaçan İrəvan Bakını nədə İTTİHAM EDİR?

“Azərbaycanın Ermənistanla danışıqlar formatını daim dəyişmək cəhdləri Ermənistan tərəfində Bakının sülh prosesini başa çatdırmaqda maraqlı olmasına dair şübhələr yaradır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ötən gün Milli Assambleyada jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, əslində formatların daim dəyişməsi beynimizdə ciddi şübhələr yaradır ki, rəsmi Bakı ümumiyyətlə sülh prosesini başa çatdırmaqda maraqlıdır, yoxsa onlar sadəcə olaraq bir formatdan digər formata keçməyə və bununla da konkret razılaşmalardan yayınmağa çalışırlar.

Ermənistan oyunu yenidən başlamaq istəyir

Erməni nazir müavinin bu sərsəmləmələri əslində erməni riyakarlığının daha bir sübutudur. 3 ildir ki, müxtəlif bəhanələrlə sülh danışıqlarını uzadan, bəzi hallarda isə yaranmış fürsətləri məqsədli şəkildə boşa verən Ermənistan yenə həyasızlıq edir. Hər vasitə ilə Azərbaycanı günahkar çıxartmağa çalışır.

Amma bir həqiqət hər kəsə gün kimi aydındır ki, Ermənistan sülh yox, sadəcə sülh danışıqları prosesinin olmasını istəyir, proseslərin isə Qərb tərəfindən təşkilini arzulayır. Halbuki 10 noyabr bəyanatındakı öhdəliklərin yerinə yetirilməsi kifayət edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın.

Üstəlik, həm 10 noyabr bəyanatında, həm də 11 yanvar anlaşmasında konkret vasitəçi də göstərilib. Bu tip bəyanatlar sübut edir ki, rəsmi İrəvan bundan əvvəlki razılaşmalardan, o cümlədən də 10 noyabr bəyannaməsindən və 11 yanvar anlaşmasından boyun qaçırır. Üstəlik, Ermənistanın siyasi hakimiyyəti yalnız Qərbin, daha konkret desək Fransanın vasitəçiliyini qəbul edir. Digər vasitəçilərin imkanlarındansa birmənalı şəkildə imtina edir. Belə olmasa idi, Nikol Paşinyan Rusiyanın Bişkekdə təklif etdiyi 3 tərəfli görüşdən boyun qaçırmazdı.

Ermənistan üçün vasitəçilərin fərqi nədədir?

Rəsmi İrəvan çalışır ki, Rusiya və digər vasitəçilər gündəlikdən çıxsın. Yalnız Qərbin vasitəçiliyi masada qalsın. Bunun digər sübutu Azərbaycan Prezidentinin oktyabrın 8-də Tiflisdə Ermənistanla təkbətək görüş keçirməyə hazır olması barədə fikirlərinə Ermənistan rəhbərliyinin hansısa şəkildə münasibət bildirməməsidir. Deməli, ermənilərə danışıqlar prosesindən daha çox, prosesin kimlər tərəfindən təşkil etdiyi daha önəmlidir.

Bunu nazir müavini Vahan Kostanyan da etiraf edib:

“Bizim üçün münasibətləri tənzimləyə bilməyimiz vacibdir. Ancaq nizamlanmadan sonrakı vəziyyət bizim üçün daha vacibdir. Biz istəyirik ki, əldə olunan və yazılı şəkildə qeydə alınan razılaşmadan sonra tərəfdaşlar Azərbaycanın bu razılaşmanı pozmayacağına zəmanət versinlər”.

Erməni nazir müavinin bu fikirləri həm riyakarlıqdır, həm də qorxaqlıq əlamətidir. Ermənistan guya ehtiyat edir ki, Azərbaycan gələcəkdə sülh sazişinə sadiqlik göstərməyə bilər. Belə vəziyyətdə isə sazişə əməl etməyəcəyi təqdirdə vasitəçilərin Azərbaycana hansısa formada təzyiq göstərmək hüququ olsun.

Kostanyan Ermənistanın yox, Fransanın istəklərini dilə gətirir

Əslində bu fikirləri ilə Kostanyan Qərbin niyyətini faş edib. Qərb təkcə vasitəçilik etmək istəmir, həm də tərəflərin Qərb qarşısında hansısa öhdəlik götürməsinə çalışır. Baxmayaraq ki, bu ideyanın heç bir məntiqi əsası yoxdur. Çünki sülh iki dövlət arasında bağlanır. Üçüncü tərəfin burada tərəf kimi çıxış etməsi, daha doğrusu idarəçilik etməsi qətiyyən yolverilməzdir.

Vahan Kostanyan və digər Ermənistan rəsmiləri bir məsələni unudurlar ki, Azərbaycan sülh istəyir. Azərbaycanın istədiyi sülh sazişinin şərtləri Azərbaycanın və Ermənistanın dövlət maraqlarına cavab verir. Ermənistanınsa xəyal etdiyi sülh sazişi daha çox Qərbin maraqlarına uyğundur. Təbii ki, belə sülh sazişinə Azərbaycan heç zaman razı olmayıb və bundan sonra da razı gəlməyəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Soyuducunuzda varsa, ölüm saçır

Soyuducunuzda varsa, ölüm saçır

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakıda vəzifəli şəxs həbs edildi

Bakıda vəzifəli şəxs həbs edildi

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

General-mayor olan Elfan Quliyevin FOTOSU

General-mayor olan Elfan Quliyevin FOTOSU

Toralla xanımından maraqlı Video

Toralla xanımından maraqlı Video

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Ən gənc general-leytenant oldu

Ən gənc general-leytenant oldu

End of content

No more pages to load

RADİO