Paşinyanı alqışlayanların “QARĞIŞ PLANI” – Qərb Ermənistanı “suriyalaşdırmaq”da İSRARLIDIR

Böyük güclərin kiçik dövlətlərdən öz maraqları üçün istifadə etməsi təcrübəsi hər kəsə bəllidir. Xüsusilə də, Qərb bir çox ölkələri öz maraqları naminə müharibəyə cəlb etmək metodundan tez-tez istifadə edir.

Məsələn, hazırda Ukrayna böyük güclərin toqquşmasını ən ağrılı şəkildə hiss edir. Rusiyanın müharibəyə başlamasından əvvəl Qərb dövlətləri “Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” şəklində bəyanatları ilə Zelenskini faktiki olaraq şirin ağzına atdılar. Nəticə isə göz qabağındadır.

Cənubi Qafqazın “zəif bəndi”

İndi isə Qərb yeni münaqişə ocaqlarının yaradılması üçün planlar qurur. Məhz İsrail-HƏMAS müharibəsi də bu planın bir parçasıdır. Lakin alternativlər üzərində də işlər gedir. Çox təəssüf ki, Qərbin münaqişə ocaqları planlarına Cənubi Qafqaz da daxildir.

Avropanın bir sıra dövlətləri çalışırlar ki, Gürcüstan-Rusiya və yaxud Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlansın. Adı çəkilən bu 4 dövlət arasında ən “zəif bənd” Ermənistandır. Çünki Ermənistan həm terror dövlətidir, həm də qlobal güclərin maşası olmaq Ermənistan üçün bir növ şərəf məsələsidir.

Qərb Cənubi Qafqazda müharibəni alovlandırmaq üçün ciddi iş aparır

Bu işin ən yaxşı katalizatoru isə Ermənistanın siyasi hakimiyyətidir. Yada salaq ki, sentyabrın əvvəllərində ABŞ-la Ermənistan son 30 ildə ilk dəfə birgə hərbi təlim keçirdi. Bunun ardınca oktyabrın əvvəllərində Fransanın bir qrup hərbçisi Ermənistana ezam olundu. ABŞ və Fransız hərbçilərinin Ermənistandan çıxması barədə isə heç bir rəsmi məlumat yayılmayıb. Bu da onu göstərir ki, Qərb Ermənistana getmək üçün yox, qalmaq üçün gəlib.

Paşinyanın Avropa səfərlərinin pərdəarxası

Erməni baş nazir Nikol Paşinyan son 20 gündə davamlı şəkildə Avropaya dəvət alır. Yada salaq ki, Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının oktyabrın 6-da Qranada şəhərində qeyri-formal görüşünə Paşinyan da dəvət almışdı.Bunun ardınca isə oktyabrın 17-də Paşinyan fəxri qonaq kimi Avropa Parlamentinə dəvət aldı.

Hətta Paşinyan AP-nin sessiyasında çıxış da etdi. Ən əsası Paşinyan çıxışı avropalı parlamentarilər tərəfindən “diqqətlə izlənildi” və alqışlarla qarşılandı. Halbuki zamanında, Avropa Parlamentində heç Zelenski belə bir şərəfə nail olmamışdı. Bu isə onu göstərir ki, Avropa Paşinyanın üzərində ciddi iş aparır. Əminliklə demək olar ki, Paşinyanın çıxışları belə Avropadakı mirzələr tərəfindən yazılır. Səbəbsə odur ki, Qərb Paşinyanın əli ilə Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq istəyir.

Avropa Ermənistandan bütün cəbhələrdə istifadə edir

Unutmayaq ki, Avropa Paşinyandan həm Rusiyaya, həm də Azərbaycana qarşı istifadə edir. Qərb çalışır ki, Paşinyan Rusiyanın 102-ci ordusunu Ermənistan ərazisindən çıxartsın. Hansısa adla Avropanın “sülhməramlı missiyası” Ermənistana gətirilsin. Çünki Ermənistanda möhkəmlənmək təkcə Azərbaycan və Rusiya üçün deyil, həm də Türkiyə və İran üçün bir təhdiddir.

Qərbin Cənubi Qafqaza soxulmasının alternativi Ermənistan-Azərbaycan arasındakı münaqişənin yenidən alovlanmasıdır. Bu müharibə başlasa, Avropa ya vasitəçi, ya da Ermənistanın müttəfiqi kimi Cənubi Qafqaza soxulmaq şansı qazanacaq. Sonda Qərb hərbi-siyasi güc kimi Cənubi Qafqazda möhkəmlənəcək.

Ermənistan yer üzündən silinə bilər

Təbii ki, bütün bu variantlar ehtimallar, nəzəri planlardır. Amma bir həqiqət var ki, Qərb öz niyyətində israrlıdır. Bu yolda isə ən yaxşı “peşka” Paşinyandır. Erməni baş nazir Qərbdən “bravo” almaq üçün istənilən addımı atmağa hazırdır. Ona görə ki, Qərb Paşinyanın hakimiyyətdə qalmasının qarantıdır.

Əgər Qərb Paşinyanın üzərindən əlini çəksə, revanşistlər anındaca Paşinyanı parçalayarlar. Ona görə də Paşinyan Qərbin tapşırığı ilə “v-bank” gedir. Amma Paşinyanın addımları Ermənistanı geridönüşü olmayan bir labirintə sala bilər. Qısa zamanda Ermənistan Suriyada olduğu kimi, qlobal güclərin hərbi-siyasi poliqona çevrilə bilər.

Paşinyan Qərbin fitvası ilə hərəkət edənlərin acı təcrübələrindən də dərs çıxarmalıdır. Unutmamalıdır ki, indiki dövrdə həqiqəti söyləyənlərdən daha çox təlxəklər alqışlanırlar...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

“Şəfa” daha 3 futbolçunu göndərdi

“Şəfa” daha 3 futbolçunu göndərdi

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

Əməkdar artist: "Bizdə qadınların işləmə söhbəti olmayıb, "köhnə adamlarıq"”

Əməkdar artist: "Bizdə qadınların işləmə söhbəti olmayıb, "köhnə adamlarıq"”

Bakıda Özbəkistan və Qazaxıstan qarşılaşması heç-heçə bitdi - FOTO

Bakıda Özbəkistan və Qazaxıstan qarşılaşması heç-heçə bitdi - FOTO

Bakıda FACİƏ: 9-cu mərtəbədən yıxılan vəkilin oğlu imiş

Bakıda FACİƏ: 9-cu mərtəbədən yıxılan vəkilin oğlu imiş

Məktəblərdə hüquq dərsi keçiləcək? – Nazirdən AÇIQLAMA

Məktəblərdə hüquq dərsi keçiləcək? – Nazirdən AÇIQLAMA

“İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB

“İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB

Məhkəmədən Ramiz Mehdiyev və Əli Kərimli barəsində YENİ QƏRAR

Məhkəmədən Ramiz Mehdiyev və Əli Kərimli barəsində YENİ QƏRAR

DTX-nin saxladığı Saleh Səmədov məhkəmədə ifadə verdi

DTX-nin saxladığı Saleh Səmədov məhkəmədə ifadə verdi

Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL

Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL

Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO

Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO

Yollarda görünüş MƏHDUDLAŞACAQ

Yollarda görünüş MƏHDUDLAŞACAQ

Dərslikləri süni intellekt əvəzləyə bilər – Nazirdən AÇIQLAMA

Dərslikləri süni intellekt əvəzləyə bilər – Nazirdən AÇIQLAMA

Bir zamanlar şirkət sahibi idi, indi küçələrdə yaşayır – VİDEO

Bir zamanlar şirkət sahibi idi, indi küçələrdə yaşayır – VİDEO

Tramp: “İran ordusu artıq mövcud deyil” – FOTO

Tramp: “İran ordusu artıq mövcud deyil” – FOTO

End of content

No more pages to load

RADİO