Paşinyanın arzu etdiyi “SÜLH” – Xəyalları Parisdir, reallıqda isə...

Paşinyan yenə sərsəmlədi. Belə ki, oktyabrın 17-də Ermənistanın baş naziri  Avropa Parlamentinin sessiyasında çıxışı zamanı yenə “sülh”dən danışdı. Bildirdi ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Paşinyan bir qədər də irəli gedib bəyan etdi ki, yanvar ayına qədər saziş imzalana bilər. 

Erməni baş nazirinin və Ermənistanın vəziyyətin “rusca” olduğu hər kəsə bəllidir. Amma bu vəziyyət erməni liderinə haqq vermir ki, belə həssas məsələyə “fransuzski” yanaşsın. Hər məsələyə üsulu və qaydasında yanaşmaq lazımdır. Amma nə edək ki, ermənilər bütün məsələni tez və diz üstə həll etmək istəyirlər.

Paşinyan hansı “sülh”ü istəyir?

Quyruğu qapı arasında qalan Paşinyan Avropa Parlamentində and-aman edir, “Allah haqqı, həə” deyir. Amma erməni baş nazir hansı sülh sazişinə hazır olduğunu demir. Çünki sülh sazişinə Paşinyan fərqli rakursdan baxır. Beli büküldüyündən ətrafda baş verənləri tam aydınlığı ilə görə bilmir. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın etirafı: Rusiya Ermənistanda hakimiyyəti dəyişə bilmədi


Məsələn, Paşinyan o sülhü istəyir ki, o sənəddə Zəngəzur dəhlizinin açılması, 7 anklavın geri qaytarılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri olmasın. Əksinə erməni baş nazirin xəyal etdiyi sənəddə Qarabağın status məsələsi var. 

Ən əsası Paşinyan 44 günlük müharibədən dərhal sonra Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur. Bütün bunlardan sonra Paşinyan qəddini düzəldib, reallıqlarla baxmaq, bununla barışmaq əvəzinə boş-boş bəyanatlar verir. 
Əslində Paşinyan bu söylədikləri ilə sülhə hazır olmadığını, daha doğrusu sülh istəmədikləri mesajını verir. Ona görə də Azərbaycanın razılığı və rəyi olmadan sülh sazişinin imzalanacağı tarixi açıqlayır. 

Siyasətdən az-çox anlayan orta statistik oxucu bilir ki, Ermənistanla Azərbaycan arasında kifayət qədər mübahisələr var. Bu mübahisələri aradan qaldırmaq üçün ən azından bir xeyli vaxt lazımdır. Çünki, işçi komissiyalarının görüşüb danışması və razılaşması kifayət qədər vaxt aparır. 

Sülh sazişi daha çox kimə lazımdır?

Azərbaycan artıq öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edib. Artıq bugünkü reallıq nəinki 3 il, heç 3 ay qabaqkı vəziyyətlə qətiyyən uzlaşmır. Artıq Azərbaycan əksər tələblərinin icrasına öz gücü ilə nail olub. 

Yerdə 2 məsələ qalıb. Bunun biri anklavlar məsələsidir, digəri isə Zəngəzur dəhlizidir. İndiki vəziyyətdə Azərbaycan üçün Zəngəzur dəhlizi də həyati əhəmiyyət daşımır. Çünki, İranla lazımı razılığa gəlinib və Zəngilandan Naxçıvana yeni dəmir və avtomobil yolu çəkilir. Bu mənada Zəngəzur dəhlizi Azərbaycan üçün ən yaxşı halda alternativ variantdır. 

Yerdə qalır anklavlar məsələsi. Buna da Azərbaycan növbəti həmləsində nail olacaq. Ona görə də sülh sazişi Azərbaycan üçün vacibdir, amma həyati əhəmiyyət kəsb etmir.

Sülh  sazişinin 3 aydan və yaxud 3 ildən sonra imzalanması Azərbaycanın qarşıya qoyduğu hədəflərə çatması üçün heç bir əngəl törətmir. Amma Ermənistana bu sülh sazişi hava-su kimi lazımdır. Çünki Ermənistanın gələcəyi və əbədi mövcudluğu bu sazişdən keçir. 

Paşinyan niyə sülh “istəyir”?

Ermənistan sülh yox, sülh danışıqlarının bərpasını istəyir. Məlum olduğu kimi Azərbaycan Qranadada 5 tərəfli görüşdə iştirak etmədi. Rəsmi Bakı görüş üçün öz şərtlərini irəli sürdü. 

Di gəl ki, Fransa, Almaniya və Aİ bu təkliflə razılaşmadı. Ona görə də Azərbaycan birtərəfli qaydada danışıqlarda iştirakdan imtina etdi. Baxmayaraq ki, Qranada görüşündən sonra Gürcüstanın vasitəçilik təşəbbüsünə Azərbaycan öz razılığını verdi. Lakin Ermənistan da Gürcüstanın vasitəçiliyini istəmədi. 
Çünki Ermənistana problemin həllini yox, danışıqlar prosesinin Qərbin vasitəçiliyi ilə bərpasını və bu prosesin sonsuza qədər uzanmasını istəyir. Daha doğrusu, bunu Ermənistan yox, Qərb istəyir. Qərbin maşası olan Ermənistan da onların istəklərini öz fikirləri kimi sırımaq arzusundadır. 

Zaman dəyişib

Amma danışıqlar adı ilə Qərbin Cənubi Qafqaza soxulmaq xülyası keçmişdə qalıb. Azərbaycan regional güc olaraq yeni reallıqlar diqtə edir. İndiki halda həm Qərb, həm də Ermənistan Azərbaycanın diqtə etdiyi çağırışlarla razılaşmalıdır. Çünki Azərbaycanın çağırışları regional inkişafa, Cənubi Qafqazda əbədi sülhə xidmət edir. Belə bəşəri və humanist çağırışınsa anoloqu yoxdur və olmayacaq. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

End of content

No more pages to load

RADİO