Nikol Paşinyan Ermənistanın Meğri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Avropa Parlamentində çıxışı zamanı deyib.
"Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Meğri dəmir yolu xəttini bərpa etməyə hazırıq", - o qeyd edib.
Xatırladaq ki, Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz olub.
Bizim.Media