Qondarma “Qarabağ Təhlükəsizlik Şurası”nın keçmiş katibi, Xocalı qatili Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan “Sputnik Armenia” nəşrinə açıqlamasında bildirib.
O, təfərrüatları açıqlanmayan cinayət işi üzrə şahid qismində dindirilib.
Xatırladaq ki, Qarabağda baş verən son hadisələrdən sonra Balasanyanın Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı barədə yazılmışdı. Lakin Martirosyan vurğulayıb ki, müdafiə etdiyi şəxs heç kim tərəfindən tutulmayıb.
Bizim.Media