Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Cənubi Qafqazda mövcud vəziyyət müzakirə edilib.
Tərəflər həmçinin Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının əhəmiyyətini vurğulayıblar.
Bizim.Media