Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bizim.Media xəbər verir ki, Beynəlxalq Qızılxaç Xaç Komitəsinə məxsus 9 avtomobildə 30 nəfər erməni əsilli şəxs "Laçın" sərhəd- buraxılış məntəqəsindən maneəsiz keçərək Ermənistana gedib.
Onlardan 9 nəfərin Ermənistana müalicə almaq üçün getdiyi bildirilir.
Qeyd edək ki, bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Bizim.Media