Ötən gün Ermənistanın dağ-meşə rayonlarında 11 nəfər itkin düşüb.
Bizim.Media erməni mediasına istinadən bildirir ki, onlardan 8-i Rusiya Federasiyasının vətəndaşıdır.
Mənbə yazır ki, beş əcnəbi Xaçardzan kəndi yaxınlığındakı meşədə, daha üç nəfər Qarni-Geqard dağlarında itib.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, xilasedicilər itkin düşənlərin hamısını tapıb.
Bizim.Media