"Təhlükəli vəziyyətdən xəbərim var idi".
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyasının iclasında respublikanın keçmiş müdafiə naziri David Tonoyan "2020-ci ilin sentyabrında gözlənilən hərbi əməliyyatlardan xəbəriniz olubmu?" sualına cavab verərkən deyib.
“Mən vaxtaşırı aldığımız rəsmi məlumatlara əsasən təhdidedici vəziyyətin olduğunu bilirdim”, - deyən Tonoyan vəziyyətin təhdid kimi qiymətləndirildiyini, lakin heç kimin hərbi əməliyyatların başladığı günü bilmədiyini vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyasının bugünkü iclasında həbsdə olan David Tonoyan da iştirak edir. Məhkəmə ona iki gün prosesdə iştirak etmək imkanı verib.
Bizim.Media