Ermənistan ordusuna məxsus “UAZ” markalı hərbi avtomobil qəzaya düşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə bu gün Kotayksk rayonunda baş verib.
Bildirilib ki, avtomobilin aşması nəticəsində 2 hərbçi yaralanıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media