Ermənistanın baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan bu gün parlamentdə çıxışı zamanı bildirib.
O, hökumət başçısının məhz şahid qismində dindirildiyini açıqlayıb.
Qeyd edək ki, Paşinyan aprelin 18-də dövlətə xəyanətlə bağlı cinayət işi çərçivəsində dindirildiyini açıqlamışdı.
Bizim.Media