Bu il gəlir və xərclərimizi necə balanslaşdırmalıyıq?

2026-cı ilin dünyada iqtisadi baxımdan çətin il olacağı proqnozlaşdırılır. Ekspertlər qiymətlərin artacağını, bazarlarda qeyri-sabitliyin davam edəcəyini və inflyasiyanın təsirinin hiss olunacağını bildirirlər. Bu isə vətəndaşlar üçün maliyyə qeyri-müəyyənliyi deməkdir. Belə ki, ailə büdcəsi, gündəlik xərclər və qənaət planları bu şəraitdə ciddi sınaqdan keçəcək. Maraqlıdır, əgər bu proqnozlar özünü doğruldarsa, gəlir və xərclərimizi necə balanslaşdırmalıyıq? Belə bir şəraitdə qənaəti hansı prinsiplər üzərində qurmaq daha doğru olar?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Emosional istəklər minimuma endirilməlidir"
 

Xərclər üzrə konsultant Ruzanna Bəşirova bildirib ki, gündəlik maliyyəni qorumağın praktik yolları yalnız planlı yanaşma ilə mümkündür. Onun sözlərinə görə, qida, kommunal, əyləncə və alış-veriş daxil olmaqla bütün xərclərdə qənaət vacibdir:


"Ayaqüstü və küçə qidalarından uzaqlaşmaq, sağlam qidalanmaq təkcə büdcəyə deyil, həm də orqanizmə xeyirdir. Qeyri-sağlam qidalanmanın xərci yalnız həmin qidalara verilən pulla bitmir, sonradan yarada biləcəyi fəsadları aradan qaldırmaq üçün də əlavə xərc tələb olunur. Kommunal xərclər tam nəzarətdə olmasa da, qənaət həm şəxsi büdcəyə, həm də ölkə və dünya iqtisadiyyatına, eləcə də ekologiyaya faydalıdır. Məsələn, diş fırçalayarkən suyu bağlamaq kimi sadə addımlar hər kəsin edə biləcəyi qənaət nümunələridir.

Əyləncə ona görə vacibdir ki, gərgin fiziki və zehni işdən sonra dincələ bilək. Lakin normadan artıq olduqda bu, istirahətdən çox yorğunluq yaradır və büdcəyə mənfi təsir göstərir. Ay ərzində bir konsert və ya teatr tamaşası, bir-iki tədbir və ya ad günü kifayət edir. Alış-veriş xərclərini nizamlamaq üçün isə ehtiyac siyahısı hazırlanmalı, yalnız həqiqətən lazım olan məhsullar alınmalı, emosional istəklər minimuma endirilməli, bəziləri isə tamamilə siyahıdan çıxarılmalıdır. Emosional xərclər büdcəyə ən çox təsir edən, lakin ciddi fayda verməyən xərclərdir".

Ağıllı alış prinsipləri
 

Ruzanna Bəşirova vurğulayır ki, market alış-verişində və gündəlik xərclərdə diqqətli davranmaq büdcənin qorunmasında mühüm rol oynayır:


"Saxta endirimlərə aldanmayın, ehtiyac olmadığı halda sadəcə xoşunuza gəldiyi üçün məhsul almayın. Kassada növbə gözləyərkən, marketin impulsiv satış hiyləsi kimi kassanın yanına düzülmüş məhsullardan almağa tələsməyin. Kiçik görünən bu xərclər ay sonunda ciddi yük yarada bilər. Qiymət artımı və inflyasiya şəraitində alış-verişi səmərəli etmək üçün "ağıllı alış" prinsiplərinə əməl edin. Müxtəlif marketlərdə eyni məhsulların qiymətləri fərqli olur. Məsələn, bəzi marketlərdə ərzaq məhsulları daha ucuz, digərlərində isə təmizlik vasitələri daha münasib olur. Buna görə də bütün alış-verişi eyni marketdən etmək əvəzinə, siyahıya əsasən fərqli marketlərdən alış-veriş edin. Büdcə planlaması mütləq olmalıdır. Plansızlıq xaos yaradır. Xaotik ortamda isə proseslər sistemsiz və nizamsız cərəyan edir və vəziyyət daha da ağırlaşır".

Ehtiyaclar, istəklər və arzular
 

Maliyyə planlama tətbiqi "Origin"in təsisçisi Mett Uotson böhran dövrünə hazırlaşmağın ilk addımının mövcud vəziyyəti qiymətləndirmək olduğunu bildirir:


"Büdcənizə və kart xərclərinizə baxın və hər ay nə qədər xərclədiyinizi bilin. Nə qədər çox lazımsız xərci azaltsanız, fövqəladə hallara daha çox pul yığa bilərsiniz. Seçiminiz ya indi, ya da sonra qənaət etmək olmalıdır. İndi qənaət etmək həm daha asandır, həm də gözlənilməz xərclərə qarşı ehtiyat yaradır".

Maliyyə planlama şirkətinin təsisçisi Cim Veil isə xərcləri üç kateqoriyaya ayırmağı tövsiyə edir: ehtiyaclar, istəklər və arzular. O deyir ki, böyük arzular adətən yüksək xərclərlə bağlıdır və təxirə salına bilər, məsələn, uzun səyahət. Hazırda bu kateqoriyadakı xərcləri azaltmaq və maliyyənizin stabilləşməsini gözləmək daha məqsədəuyğundur.

"Yüksəkfaizli borcları öncə ödəyin"
 

İstehlakçı müdafiəçisi Kortni Alev isə böhran dövründə psixoloji sağlamlığın qorunmasının vacibliyini qeyd edir:


"Qiymət artımı və iş itkiləri barədə xəbərlər stres yarada bilər. Maliyyənizi qoruyarkən psixoloji sağlamlığınıza da diqqət yetirin. Xəbərlərdən xəbərdar olmaq yaxşıdır, amma onların sizi idarə etməsinə imkan verməyin. Əgər maliyyənizlə bağlı yüksək stres və narahatlıq hiss edirsinizsə, maliyyə terapevti kimi mütəxəssislərlə əlaqə saxlayın. Ölkə iqtisadiyyatını düşünmək əvəzinə, öz şəxsi həyatınızdakı idarə edə biləcəyiniz sahələrə fokuslanın ki, böhran olsa belə, daha inamlı olasınız".

O, həmçinin fövqəladə qənaət fondunun vacibliyini vurğulayır:

"Kiçik də olsa, bu fonda pul yığmaq əhəmiyyətli fərq yarada bilər. İdeal olaraq, fond 3-6 aylıq xərclərə bərabər olmalıdır. Borclarınız varsa, kredit kartı, tələbə krediti və s. qənaət fondu yaradaraq, eyni anda borcları da idarə etmək üçün prioritet müəyyənləşdirin. Borcları qısa, orta və uzunmüddətli olaraq ayırın. Yüksəkfaizli borcları (məsələn, kredit kartı) öncə ödəyin. Tələbə krediti və ipoteka kimi uzunmüddətli borcları daha yavaş ödəyərək, qənaət fondu yaratmağa fokuslanın".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

End of content

No more pages to load

RADİO