İran təhlükəsizlik qüvvələri bir qrup müəllim və əmək fəalını həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Təhsil İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının məlumatına əsasən, dünən təhlükəsizlik qüvvələri Tehran Müəllimləri Həmkarlar İttifaqı Mərkəzinin sözçüsü Məhəmməd Həbibinin evinə basqın edib.
Həmçinin orada olan bir neçə müəllimi döyüblər.
Toplantıda işçilərin hüquqlarını müdafiə edən bəzi həmkarlar ittifaqı üzvləri və vətəndaş fəalı da həbs olunub.
Həbs zamanı qadın müəllimlərdən biri infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Bizim.Media