“Ermənistanda bir çox siyasətçilər, dünyanın müxtəlif ölkələrindəki diaspora üzvləri Ermənistanın tərkibində Qarabağın erməni icmasının suverenliyinin qorunub saxlanacağına ümid edirdilər”.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq Serqey Markov Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə bağlı Azertag.az-a açıqlamasında deyib.
“Keçid məntəqəsinin yaradılması Azərbaycanın Qarabağın bütün ərazisi, o cümlədən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazi Azərbaycanın suverenliyini tam bərpa etmək iradəsinin birbaşa təzahürüdür”, - rusiyalı ekspert bildirib.
Bizim.Media