Ermənistanın Tavuş vilayətində Müdafiə Nazirliyinin 2 saylı ərazi diviziyasının rəisi Lernik Ohanyan döyülüb.
Bizim.Media “shamshyan.com”a istinadən xəbər verir ki, bu barədə Ermənsitan regional polis idarəsi məlumat yayıb.
Bildirilib ki, Ohanyanla Tavuş vilayətinin 43 yaşlı sakini Qor Atoyan və 33 yaşlı Vardan Yesayan arasında yanacaqdoldurma məntəqəsində dava düşüb. Mübahisə zamanı Ohanyan döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media