Türkiyədə heyvanlarda SAT-2 serotipli ayaq-ağız xəstəliyi ilə bağlı ilk yoluxma halı aşkar edilib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Kənd və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təcili şəkildə bu serotipə qarşı peyvəndin istehsalı üzrə işlərə başlanılıb və bütün aidiyyəti qurumlara mövzu ilə bağlı xəbərdarlıq edilib:
“Hazırda infeksiyanın müəyyən edildiyi 8 müəssisədə karantin də daxil olmaqla bütün tədbirlər görülüb. SAT-2 serotipinə qarşı peyvənd istehsal edilib və 9 mart 2023-cü il tarixindən etibarən istifadəyə hazır vəziyyətə gətirilib”.
Nazirlikdən bildirilib ki, ərazisində kəsim, idxal və ixrac məqsədli daşınmalar istisna olmaqla, bütün heyvan daşınmaları dayandırılıb.
Bizim.Media