Məcəllə TƏSDİQLƏNDİ: Kimlərə ikiqat maaş ödəniləcək?

Azərbaycan Prezidenti “Əmək Məcəlləsi”nə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Millət vəkili bildirib ki, vacib dəyişikliklərdən biri də, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır: 

“Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək.
 

Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. 


Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.

Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir.

Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

End of content

No more pages to load

RADİO