Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirilir, küçə etirazçılar tərəfindən tamamilə bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Telegram” kanallarında video görüntülər yayılıb.
Məlumata görə, Gürcüstan parlamentinin binası qarşısına artıq 1000-ə yaxın insan toplaşıb. Aksiyaya Gürcüstanın 40-dan çox universitetindən tələbələr də qoşulublar.
Kütləvi etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsinin ləğvinə baxmayaraq, etirazçılar aksiya fonunda hıbs edilən bütün məhbusların azad edilməsini tələb edirlər.
Bizim.Media