İrandan Azərbaycana 62 kq narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 62 kiloqram 764 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mart ayının 1-də saat 01:30-da Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1 (bir) nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin Ağsu rayon sakini 1986-cı il təvəllüdlü Manafov Məmməd Ağahəsən oğlu olması müəyyən edilmiş, üzərindəki bağlamaya baxış zamanı ümumi çəkisi 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli Metadon-40 həbi aşkar olunaraq götürülüb.
Martın 2-də saat 00:10-da Astara rayonu Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Aparılmış axtarış-əməliyyat tədbirləri nəticəsində ərazidən 90-BZ-775 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə uzaqlaşmağa cəhd edən Şirvan şəhər sakinləri 1975-ci il təvəllüdlü Əliyev Əli İsrafil oğlu, 2002-ci il təvəllüdlü Balayev Arif Alxas oğlu və avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Mirzəyev Kamal Əliməmməd oğlu saxlanılıblar. Şəxslərin üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 10 kiloqram 155 qram narkotik maddə marixuana aşkar olunaraq götürülüb.

Saxlanılarkən A.Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib, qaça bilməyəcəyini anladıqa isə üzərində olan bıçaqla özünə xəsarət yetirib.

A.Balayevə dərhal ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Mart ayının 2-də saat 02:10-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Zevin kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 8 kiloqram 609 qram narkotik maddə marixuana və 63 qram civənin, saat 04:30-da “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Aşağı Yağlıvənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 18 kiloqram 400 qram narkotik vasitənin ( 17 kq 400 qram marixuana, 400 qram heroin, 500 qram tiryək), saat 07:00 radələrində Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 7 kiloqram 100 qram narkotik maddə marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

End of content

No more pages to load

RADİO