Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.
Mənbə yazır ki, tərəflər, xüsusilə Brüssel formatında Ermənistan-Azərbaycan danışıqlarında əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Bizim.Media