“Qarabağda yeni müharibə 24 saat davam edəcək və hər şey bitəcək” - Roman Bağdasaryan 

Sosial şəbəkələrdə erməni bloger Roman Bağdasaryan növbəti videosunu yayıb.

Bizim.Media xəbər verir ki, o, çıxışı zamanı Rusiyanı tənqid edib.

Blogerin sözlərinə görə, Ruben Vardanyan, “Qarabağ klanı” və daşnaklar Qarabağ bölgəsinin etnik erməni əhalisini azərbaycanlılarla yeni müharibəyə sövq edir.

Bağdasaryan xatırladıb ki, “Qarabağ klanı” və qondarma “Qarabağ hakimiyyəti” 44 günlük müharibədə uduzub, lakin buna baxmayaraq, ermənilərin azərbaycanlılarla əbədi vuruşmasını istəyirlər.
“Onlar nəinki 44 günlük müharibəni uduzdular, həm də hamımıza sübut etdilər ki, biz bu 34 il ərzində bu insanlara əbəs yerə inanmışıq, onlara bu qədər pul səpmişik. Bu nə deməkdir? Sakitcə yerinizdə oturmağın vaxtıdır. Sevinin ki, etdikləri hər şeydən sonra hələ də sizə nəfəs almağa və bir az da su içməyə icazə verirlər. İndi həm İlham Əliyevlə, həm də Ərdoğanla danışmaq, ünsiyyət qurmaq son dərəcə vacibdir. Erməni xalqı bu planetə ona görə gəlməyib ki, Azərbaycanla, Türkiyə ilə mübahisə etsin.

Heç kəslə əbədi mübahisə edən xalq deyilik. Bu rolu bizim üçün Rusiya hökuməti seçib.  Rusiya istəyir ki, erməni xalqı əbədi vuruşsun, əbədi lənətlənsin. Rusiya sülhün olması üçün heç nə etmir.

Ermənistan dövlətçiliyinin ilk düşməni Rusiyadır. 1988-ci ildən başlayaraq Rusiya ermənilərlə azərbaycanlıların arasını vurub. Və bu gün Rusiya Ruben Vardanyandan, ondan əvvəl isə Köçəryandan Ermənistan dövlətini zəiflətmək, bizi türklərlə, azərbaycanlılarla dava etmək üçün istifadə edir.

Qarabağın özündə də başa düşə bilmirlər ki, yeganə yol türklərlə, azərbaycanlılarla, iranlılarla işləmək və bölgədə dinc yaşamaqdır.

Ruben Vardanyana və daşnaklara inanan istənilən Qarabağ sakini düşünür ki, nəsə geri alacaq. Ancaq unudurlar ki, onları yalnız qan və tabut gözləyir. Və başqa heç nə. Və bu gün Qarabağ xalqına xeyir arzulayan yeganə şəxs Nikol Paşinyan və onun hökumətidir. Sizin Ruben Vardanyan Avropada heç kimə lazım deyil. Bu gün Arayik Arutyunyanın açıqlamasına qulaq asdım. O, Vardanyana təşəkkür edir ki, Qarabağ məsələsini beynəlxalq platformada qaldırıb.
Niyə yalan danışırsan, Arayik? Beynəlxalq platformada sizin Ruben Vardanyanla heç kim maraqlanmır. Vardanyanı, daşnakları, Köçəryanın təmsil olunduğu köhnə qvardiya Ara Abramyanı dinləyən hər bir qarabağlı ölümlə üz-üzə qalacaq. Bunu istəyirsiniz? Paşinyanı danlayanlar isə başa düşmürlər ki, müharibə lazım deyil. Başa düşmürsünüz ki, Ermənistan bütün Qarabağı, bütün ölən və yaralananların ailələrini boynunda “daşıyır”. Paşinyanı niyə söyürsünüz?

Həqiqəti bilmək istəyirsiniz? Qarabağda yeni müharibə başlasa, bunu açıq deyirəm, o zaman döyüşlər düz 24 saat davam edəcək. 24 saatdan sonra bir nəfər də olsun canlı erməni oğlan qalmayacaq, Qarabağda bütün qadınlar evsiz, mənzilsiz qalacaq. Bunu istəyirsiniz? Arayik Arutyunyan Azərbaycanla danışmalıdır. Sizin yaxınlığınızda 10 milyon azərbaycanlı yaşayır.

Daha 100-200 il onlarla mübahisə etmək istəyirsiniz? Üstəlik, Köçəryanın oğulları Qarabağ uğrunda döyüşmək fikrində deyillər.

Ermənistandan olan uşaqların Qarabağ uğrunda döyüşməsini istəyirsiniz? Köçəryanın oğulları və Sərkisyanın qardaşı oğulları Qarabağ uğrunda döyüşmək istəmir, sizin Parqev Los-Ancelesdə kriminal avtoritetlərlə oturub hamburger yeyir.

Qoy müğənni Mariam Merabova oğlunu Qarabağa döyüş postuna göndərsin. Şuşada erməni pasportu daşıyan satqınlar çox idi. İndi Azərbaycan Qarabağda hər millimetrin qədrini yaxşı bilir. Qarabağda hər həftə erməni satqınlar tutulur. Necə döyüşəcəksiniz? Nə üçün? Məqsəd nədir?
Daşnaklar deyirlər ki, biz döyüşməliyik. Bəs nə təklif edirlər, hansı sxemi? Qarabağda qalan erməni oğlanlarınımı öldürmək istəyirsiniz? Onların təklif etdikləri budurmu? Bəs onda niyə daşnaklar Qarabağa köçmək istəmirlər? Onlar Fransada, Amerikada xoşbəxt yaşayırlar. Niyə bu iki il ərzində Qarabağa köçmədilər?”, - R.Bağdasaryan bildirib.

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

End of content

No more pages to load

RADİO