Həndbol üzrə Türkiyə milli komandasının kapitanı Cemal Kütahya zəlzələ zamanı dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
32 yaşlı həndbolçunun 5 yaşlı oğlu Çınar Kütahya da atası ilə birgə Antakyada yaşadığı evin dağıntıları altında qalıb. Cemal Kütahyanın həyat yoldaşı isə hələ də tapılmayıb.
Axtarışların davam etdiyi bildirilir.
Bizim.Media