“Avropa Parlamenti (AP) sabiq prezident Mixeil Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini təsdiq etməyəcək”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın aparıcı fraksiyasını təmsil edən polşalı deputat Yatsek Sariuş-Volski məlumat verib.
“Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər imperativdir! Bu hallar bir-birindən ayrılmazdır.
Keçmiş prezident həbsdə qalacağı və həbsdə öləcəyi təqdirdə Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ üzvlüyünə səs verməyəcək”, - deyə deputat qeyd edib.
Bizim.Media