“Ermənistanda heç vaxt kəşfiyyat xidməti olmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının lideri, Paşinyana yaxın olan erməni siyasətçi Tiqran Xzmalyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin İrəvana səfərinin məqsədlərindən danışarkən bildirib.
O, bildirib ki, kəşfiyyat xidməti yaratmaq Ermənistan üçün çətindir.
“Ermənistanda heç vaxt kəşfiyyat xidməti olmayıb və hələ də mövcud deyil. ABŞ Kəşfiyyat İdarəsi rəhbərinin İrəvana səfəri də bu yöndədir”,-deyə siyasətçi qeyd edib.
Bizim.Media