Telefonla çox danışanlar, DİQQƏTLİ OLUN: Xəstəlik riskiniz var…

Cənubi Çin Tibb Universitetinin alimləri xəbərdarlıq edir ki, uzunmüddətli telefon danışıqları hipertoniyanın gizli risk faktoruna çevrilə bilər.

Bizim.Media xəbər verir ki, onların araşdırmasına görə, mobil telefondan həftədə 30 dəqiqədən çox istifadə arterial təzyiqin yüksəlməsi və hipertoniyanın yaranma riskinin 12% artması ilə əlaqələndirilir.
 

Tədqiqat müəlliflərinin qeyd etdiyinə görə, artıq 2020-ci ildə planet əhalisinin təxminən 75%-i mobil telefon istifadəçisi idi, 30–79 yaş arası bir milyarddan çox insan isə infarkt və insult üçün əsas risk amillərindən biri olan hipertoniyadan əziyyət çəkirdi. Telefon danışıqlarının sağlamlığa təsirini təhlil etmək üçün mütəxəssislər 37–73 yaş arasında 200 mindən çox insanın məlumatlarını ehtiva edən Britaniya biobankının məlumatlarından istifadə ediblər. İştirakçıların orta yaşı 54 olub.


Sistem həftə ərzində telefon danışıqlarının müddətini qeydə alıb, alimlər isə iştirakçıları 12 il ərzində izləyiblər. Bu dövrdə təxminən 14 min insanda hipertoniyaya rast gəlinib. Araşdırma göstərib ki, telefonda danışıq müddəti artdıqca hipertoniyaya risk də yüksəlir:

• Həftədə 30–59 dəqiqə — risk 8% artır

• 1–3 saat — 13% artır

• 4–6 saat — 16% artır

• 6 saatdan çox — 25% artır

Alimlər həmçinin bildiriblər ki, irsi meyillilik xəstəlik ehtimalını artırır, lakin risk səviyyəsi baxımından kişi və qadınlar arasında fərq aşkar olunmayıb.

Tədqiqatçılar qeyd edir ki, nəticələr daha geniş araşdırma tələb edir, lakin mobil telefonlardan daha şüurlu istifadə və danışıq müddətinə nəzarət etmək zəruri görünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flik ona istirahət verə bilər

Flik ona istirahət verə bilər

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

End of content

No more pages to load

RADİO