“Nasionalnaya oborona” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan rəhbərliyinin hərəkətlərini “savadlı, aydın və strateji nöqteyi-nəzərdən planlaşdırılmış” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Azərbaycan Silahlı Qüvvələrinin “Dəmir yumruq” əks-hücum əməliyyatının nə dərəcədə hərtərəfli, savadlı, dəqiq və strateji nöqteyi-nəzərdən düzgün planlaşdırılmasından bir daha əmin oluram. Qırx dörd gün – vəssalam! Paşinyan vaxtında kapitulyasiya etməsəydi, Ermənistan, ümumiyyətlə, tam fəlakətə sürüklənəcəkdi”, - deyə Korotçenko bildirib.
Bizim.Media