İranda keçirilən etiraz aksiyaları çərçivəsində İlam əyalətinin Abdanan şəhərində etirazçılar "Kotlet Qasım" şüarı ilə Qasım Süleymaninin heykəlinə od vurublar.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Azad İran” “Telegram” kanalında yayımlanıb.
Bunu görən ətrafdakı insanlar öz avtomobillərində sevincdən siqnal verib.
Qeyd edək ki, İranda 32 gündür 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən öldürülməsi səbəbilə etiraz aksiyaları keçirilir. Nümayişlərdə 200-dən çox insan öldürülüb.
Bizim.Media