"Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında irəliləyiş var".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
O bildirib ki, Türkiyə Cənubi Qafqazda sabitlik istəyir: “Yay aylarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Daha sonra isə liderlər Praqada görüşdülər.
Münasibətlərin normallaşması istiqamətində irəliləyiş var. Ermənistanın Baş naziri Nikol Paşinyan Ankara-İrəvan əlaqələrinin normallaşmasını istəməyən müxalif qüvvələrlə mübarizə apara bilir. Azərbaycan Prezidenti İlham Əliyevin səmimiyyəti və səyləri isə ortadadır”.
İ.Kalın vurğulayıb ki, erməni diasporu bu mərhələdə diqqətli olmalıdır: "Nəzərə almaq lazımdır ki, əlaqələrin normallaşması ən çox Ermənstanın özünə lazımdır".
Bizim.Media