Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - deyə məlumatda qeyd edilib.
Bizim.Media