İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Gürcüstana səfər edib.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində İran XİN rəhbərinin bir sıra görüşlər keçirəcəyi bildirilib.
O, gürcüstanlı həmkarı David Zalkaliani, prezident Salome Zurabişvili, parlamentin sədri Arçil Talakvadze və Baş nazir Giorgi Qaxaria ilə görüşəcək.
Bizim.Media