İsraildən Yaxın Şərqdə Türkiyəyə “jest”

İsrail dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfirliyinin açılmasını elan etdi.

Yaxın zamanlarda Əmirliklərdə konsulluğun da fəaliyyətə başlayacağını bildirən İsrail, daha əvvəl Türkiyədə səfir olmuş Eitan Naehin Ərəb Əmirliklərində İsrailin fövqəladə və səlahiyyətli səfiri olacağını elan etdi.

Qeyd edək ki, Eitan Naeh 2018-ci ildə İsrailin Qəzza zolağına qarşı hücumlarına cavab olaraq Türkiyədə “arzuolunmaz şəxs” elan olunub, ölkədən xaric edilib.

Diqqət çəkici əsas məqam isə Türkiyə o qədər də xoş münasibətləri olmayan Ərəb Əmirliklərinə keçmiş Türkiyə səfirinin təyin olunmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Tehranla Moskva arasında vaksinləşmə – Politoloqların şərhi


Bu arada xatırlatmaq yerinə düşər ki, Ərəb Əmirlikləri ilə Türkiyə arasındakı münasibətlər Qətərlə Körfəz ölkələri arasındakı anlaşmazlıqların fonunda daha da gərginləşib. Əmirliklər Türkiyəni və Qətəri Misirdə “Müsəlman qardaşları” təşkilatına dəstək verdiyi üçün ciddi rəqib olaraq qəbul edir. 

ABŞ-da Tramp administrasiyasının son dövrlərində İsraillə digər ərəb ölkələri arasında münasibətlər yenidən normallaşmağa başladı.

Bunun da əsas səbəbkarı isə məhz ABŞ idi. Analitiklərin fikrincə, bu dövrdə etibarən bölgədə ABŞ-ın əsas müttəfiqinin kim olacağı, əgər belə demək mümkündürsə, ABŞ siyasətinin varisi olmaq uğurunda gizli mübarizə gedirdi. Səudiyyə Ərəbistanı və Qətər arasında yaranmış gərginlik də məhz bununla izah edilirdi. 

Lakin bu gərginlikdən ən çox xeyir qazanan İran oldu.

“Blomberg” nəşrinin verdiyi məlumata görə Körfəz ölkələri tərəfindən embarqoya məruz qalan Qətər bundan yaxa qurtarmaq üçün hər il İrana milyon dollar həcmində pul vəsaiti göndərirdi.

Bu isə ABŞ və İsrailin İrana qarşı siyasi kursuna uyğun gəlmirdi. Bu baxımdan ABŞ-ın vasitəçiliyi ilə İsrail və digər ərəb ölkələri arasında münasibətlərin normallaşdırlması istiqamətində ilkin müqavilələr imzalandı.

Daha sonra isə müqavilələrdə nəzərdə tutulan istiqamətlər üzrə aviareylslər və səfirliklərin açılması prosesi başlandı.

Lakin Qətərlə yanaşı bölgədə digər önəmli güc mərkəzi Türkiyə idi. Daha əvvəl İsraillə birlikdə Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqi olan Türkiyə 2016-cı ildən etibarən ABŞ-la münasibətlərində yaranmış soyuqlaşma ilə bağlı ərəb ölkələri ilə də problemlər yaşamağa başlamışdı. Qətərə qarşı dəstək nümayiş etdirməsi də ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinə qarşı Türkiyənin siyasi mövqeyindən irəli gəlirdi. 

Türkiyənin İsraillə münasibətləri də son dövrlərə qədər gərgin olaraq qalırdı. Yalnız son aylar ərzində hər iki ölkə arasında gizli də olsa danışıqların aparıldığı və kəşfiyyat xidmətləri səviyyəsində əməkdaşlıq edildiyi məlumatları yayılmağa başlandı. Lakin bu yaxınlaşmanın da üçüncü qüvvələrin təşəbbüsü ilə reallaşdığı nəzərə çarpır. 

Türkiyə Qafqazda öz geosiyasi mövqelərini gücləndirməyi bacarıb. İsrail isə körfəz ölkələri ilə əməkdaşlığı hər keçən gün genişləndirməkdə davam edir.

Bu baxımdan İsrailin yeni səfir təyinatı ilə əslində Türkiyəyə bölgə ilə bağlı mesaj verdiyini düşünmək olar. Nəticədə Türkiyə 2000-ci ilin əvvələrindən etibarən ərəb dünyasında söz sahibi olmaq istiqamətində çalışırdı. İndi isə bu plan İsrail tərəfindən reallaşdırılır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bu məhsulları soyuducuda saxlamaq olmaz

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandı

“Alya”nın ilk sevgisi o olacaq

“Alya”nın ilk sevgisi o olacaq

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

End of content

No more pages to load

RADİO