“Gəncənin hədəfə alınması müharibə cinayətidir” – Prezidentin köməkçisi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

H.Hacıyev yazıb ki, həmin hadisə müharibə cinayətidir:

“2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi”.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə şəhərinin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib.
Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan həyatını itirdi

Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan həyatını itirdi

0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər

0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər

Bu gün təyin olunan səfirlər kimdir? – DOSYE

Bu gün təyin olunan səfirlər kimdir? – DOSYE

418 kilometrlik yol sökülür - 60 illik səhv düzəldilir

418 kilometrlik yol sökülür - 60 illik səhv düzəldilir

60 ilin kölgəsi… UZUN ŞAİR

60 ilin kölgəsi… UZUN ŞAİR

Azərbaycan və Ukrayna arasında daha bir Saziş TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında daha bir Saziş TƏSDİQLƏNDİ

Məmməd Əhmədzadə Belçikaya səfir TƏYİN EDİLDİ

Məmməd Əhmədzadə Belçikaya səfir TƏYİN EDİLDİ

Vaqif Sadıqov səfir vəzifəsindən geri ÇAĞIRILDI – SƏRƏNCAM

Vaqif Sadıqov səfir vəzifəsindən geri ÇAĞIRILDI – SƏRƏNCAM

Azərbaycanın İsveçrədəki səfiri geri ÇAĞIRILDI

Azərbaycanın İsveçrədəki səfiri geri ÇAĞIRILDI

Azərbaycanın Polşadakı səfiri geri çağırıldı – YENİ TƏYİNAT

Azərbaycanın Polşadakı səfiri geri çağırıldı – YENİ TƏYİNAT

Rusiyanın Krımdakı "S-400"ləri belə vuruldu – ANBAAN VİDEO

Rusiyanın Krımdakı "S-400"ləri belə vuruldu – ANBAAN VİDEO

Astara sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Astara sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Çingiz Əlioğlu son mənzilə yola salındı – VİDEO

Çingiz Əlioğlu son mənzilə yola salındı – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha 107 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə daha 107 mina aşkarlandı

Elşən Nəsirov vəfat etdi - FOTO

Elşən Nəsirov vəfat etdi - FOTO

İradə İbrahimovadan həyat yoldaşı ilə bağlı paylaşım –Fotolar

İradə İbrahimovadan həyat yoldaşı ilə bağlı paylaşım –Fotolar

Zibillikdən yığdığı taxtalarla 80 otaqlı saray tikdi

Zibillikdən yığdığı taxtalarla 80 otaqlı saray tikdi

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Krımda güclü partlayış – VİDEO

Krımda güclü partlayış – VİDEO

Corab satdığı deyilən qazi ilə bağlı- Daha bir açıqlama

Corab satdığı deyilən qazi ilə bağlı- Daha bir açıqlama

Beyləqanda AĞIR QƏZA – Yaralılar var

Beyləqanda AĞIR QƏZA – Yaralılar var

Dünyanın ən yaşlı prezidenti iki aydır ölkədən kənardadır: Pol Biyanın səhhəti sual altındadır

Dünyanın ən yaşlı prezidenti iki aydır ölkədən kənardadır: Pol Biyanın səhhəti sual altındadır

Məkkə razılaşmasına İrandan REAKSİYA

Məkkə razılaşmasına İrandan REAKSİYA

End of content

No more pages to load

RADİO