Vətən müharibəsinin 14-cü günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bizim.Media 44 günlük Vətən müharibəsinin 14-cü gününün xronikasını təqdim edir:

- Azərbaycan Ordusunun hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

- Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.

- Müdafiə Nazirliyi: Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alaraq onu darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.

- Azərbaycan Ordusu Qubadlıda düşmənin “S-300” idarəetmə sistemini məhv edib.

- Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.

- Humanitar atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.

- Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

- Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.

- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 10 oktyabr saat 12:00-a olan məlumata görə, 31 nəfər mülki şəxs həlak olub, 171 nəfər xəsarət alıb, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Havanın temperaturu bu tarixdə yüksələcək

Havanın temperaturu bu tarixdə yüksələcək

Xəzər dənizində tornado göründü - VİDEO

Xəzər dənizində tornado göründü - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Kiyev yaxınlığında silsilə partlayışlar

Kiyev yaxınlığında silsilə partlayışlar

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO