Avropalılar Krım körpüsünü partladılmasının niyə azərbaycanlının ayağına yazmaq istəyirdilər? - TƏFƏRRÜAT

Bir neçə gün əvvəl Krım körpüsü təxribat nəticəsində partladıldı. Nəzərə alaq ki, bu körpü Rusiya ilə Krımı birləşdirən yeganə körpüdür və 2018-2019-cu illərdə inşa edilib.Beynəlxlaq aləmdə böyük səs-küyə səbəb olan bu partlayışın arxasından qəribədir ki, 26 yaşlı azərbaycanlı  sahibkar “çıxdı”. Beləki, körpüdə partlayan yük maşınının sahibi əslən Azərbaycandan olan Samir Yusubovdur. Maraqlıdır ki, bu xəbəri ilk tirajlayan Ukrayna mətbuatı oldu. Rusiya mətbuatı isə bu məsələnin üstünə çox getmədi. 

Sonradan azərbaycanlı iş adamı Samir Yusubov Rusiyanın Teleqram kanallarında yayılan müraciətində bildirdi ki, Krım körpüsündə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Yük maşını onun adına qeydiyyatda olsa da, həmin avtomobili əmisi Mahir Nəsib oğlu Yusubov işlədir. O da bütün həyatıboyu yük daşınması ilə məşğul olub".
Ötən günsə “New York Times” nəşri xəbər yaydı ki, Krım körpüsünü Ukraynanın xüsusi xidmət orqanları partladıb. Bunun ardınca rəsmi Moskvadan da xəbər gəldi. Prezident Vladimir Putin bəyan etdi ki, Krım körpüsünün partladılması planı Ukraynada hazırlanıb. Və xüsusi xidmət orqanlarının əli ilə həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ekspertlərdən Krım körpüsü haqda: "Gizli təxribatın şah əsəri"


Bəs, Ukrayna ilə Rusiya arasında gedən ideoloji, diplomatik və hərbi müharibənin ortasında birdənbirə azərbaycanlı sahibkarın terroçu kimi təqdim edilməsi kimlərin işinə gəlirdi?

Sualın cavabı üzərində o qədər də baş sındırmaq lazım deyil. Hər kəs bu təxribatın Qərb tərəfindən təşkil edildiyini yaxşı bilir. Amma məhz azərbaycanlının avtomobilində bu təxribatın həyata keçirilməsi xüsusi məqsəd daşıyır. Çünki, son illər Rusiya-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Və artıq münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Bu da Qərbdəki bəzi qüvvələrin ürəyincə deyil. Ona görə də Ukrayna-Rusiya müharibəsinin indiki həssas dönəmində Azərbaycan kartı məqsədli şəkildə ortaya atılıb. Niyyət də ondan ibarətdir ki, Rusiya-Azərbaycan münasibətləri korlansın, Rusiyada yaşayan soydaşlarımıza inam sarsılsın və onların ölkədən çıxarılması məsələsi gündəmə gəlsin.
Lakin, Qərbin bu bəd niyyəti ürəyində qaldı. Rusiya azərbaycanlı sahibkarı zərərgörən tərəf kimi tanıdı. Və təxribatın haradan qaynaqlandığı da açıq aydın söylənildi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandı

“Alya”nın ilk sevgisi o olacaq

“Alya”nın ilk sevgisi o olacaq

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Hörmüz boğazında neft tankeri vuruldu

Hörmüz boğazında neft tankeri vuruldu

SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

Avqustun ilk gününün HAVASI

Avqustun ilk gününün HAVASI

Lerikdə ZƏLZƏLƏ oldu

Lerikdə ZƏLZƏLƏ oldu

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

Nəriman Həsənzadə VƏFAT ETDİ

Nəriman Həsənzadə VƏFAT ETDİ

İlham Əliyev: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik”– FOTO

İlham Əliyev: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik”– FOTO

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

İllər sonra Azərbaycana qayıdanlara vacib XƏBƏRDARLIQ

İllər sonra Azərbaycana qayıdanlara vacib XƏBƏRDARLIQ

Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

End of content

No more pages to load

RADİO