Prezident Rəcəb Tayyib Ərdoğan Sinan Erdem İdman Salonunda keçirilən 6-cı Gənclik Toplantısında gənclərlə görüşüb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Baş Assambleyaya uğurlar diləyən Ərdoğan TÜGVA-nın 300 min üzvü ilə Türkiyənin ən böyük gənclik hərəkatına çevrildiyini bildirib.
“Siz gənclər Fatehin İstanbulu fəth etdiyi yaşdasınız. İmanınızdan, mədəniyyətinizdən və əcdadlarınızdan ilham alırsınız. Hədəflərinizə doğru əzmlə addımlamaq üçün əzminiz, iradəniz, gücünüz və bacarığınız var”, deyə Türkiyə lideri qeyd edib.
Bizim.Media