Rusiyanın Su-24 qırıcı təyyarəsi Rostov vilayətindəki qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, təyyarə səhər saat 11-də Sibirka kəndinə sərt eniş edib. İlkin məlumata görə, pilotlar sağdır.
Yanğınsöndürənlər quru otları söndürə bilib, hərbi prokurorluq hadisə yerində işləyir.
Bizim.Media