Hadrutda döyüşmüş Mərhəmət Səmədov: “Qələbə sevinci əvəzolunmaz hissdir”

Sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edildi. Oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlmişdi. Dünya hərb tarixinə düşəcək Hadrut əməliyyatı 44 günlük Vətən müharibəsinin taleyini müəyyən etdi. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun ağır məğlubiyyəti olmaqla yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə oldu. İşğalçı bu məğlubiyyətdən özünə gəlmədi, Azərbaycan Ordusunun isə Şuşaya yolu açıldı.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın müxbiri bu günlərdə Hadrutda olub, qəsəbənin azad olunmasında iştirak etmiş qəhrəman hərbi qulluqçularımızdan müsahibə alıb.

Hadrut şəhərinin azad olunmasında iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərhəmət Səmədov tariximizə qızıl hərflərlə düşmüş 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolu barədə təəssüratlarını bölüşərək deyib: 

“2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Biz həmin gün saat 8 radələrində Füzuli istiqamətində üçüncü bölməmizlə irəlilədik və döyüşə qoşulduq.
Sonra bölmə komandirimiz bizə istiqamətimizi dəyişərək Cəbrayıla doğru keçmək və orada döyüşmək barədə tapşırıq verdi. Bundan sonra isə Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak etməli idik.

Səhərə yaxın Hadrut istiqamətindən dağ yüksəkliyi deyilən yerə tərəf irəlilədik. Bu zaman düşmənin canlı qüvvəsinin hərəkət etdiyini gördük. Düşməni məhv etmək üçün iki qrupa ayrılıb sağdan və soldan irəlilədik.

Düşmənlə döyüş toqquşması zamanı isə silahdaşlarımızdan biri - gizir Emin Məmmədov ermənilərin atdığı qumbaranın partlaması nəticəsində yaralandı.

Yaralı döyüş yoldaşımızı arxa cəbhəyə təxliyə etdikdən sonra döyüşə davam etdik, qarşıya doğru irəlilədik. Sağ istiqamətdəki qrupumuz bizə içində düşmənin xeyli sayda canlı qüvvəsi olan iki avtomobil texnikasının yaxınlaşdığı barədə məlumat verdi. Biz o zaman sol istiqamətdə idik. Hər iki düşmən maşınını pusquya salaraq şəxsi heyətini məhv etdik.

Sonra Hadrutun sonuncu məntəqəsinədək irəlilədik. Növbəti tapşırığımız isə Kəlbəcər rayonunun İlandağ istiqamətinə doğru getmək oldu. Həmin istiqamətdə içində 12-13 düşmən hərbi qulluqçusu olan bir avtomobil gəldiyini gördük.
Komandirlərin tapşırığına uyğun olaraq düşməni pusquya salaraq məhv etdik. Həmin atışmada döyüş yoldaşlarımızdan biri - kiçik gizir Tamerlan Süleymanov qəhrəmancasına şəhid oldu. Onun nəşini ərazidən çıxararaq arxa cəbhəyə göndərdik. Bölməmizə düşmənin yerləşdiyi Füzuli rayonunun Qarğabazar kəndi istiqamətinə doğru getmək barədə tapşırıq verildi.

İlandağ istiqamətində toplanıb təminat və təchizatımızı yoxlayandan sonra Qarğabazar istiqamətinə tərəf irəlilədik. Orada erməni hərbçilərin pusqusuna düşsək də, gecə döyüşündə komandirimiz hərbi qulluqçularımızı çətin vəziyyətdən çıxardı. Komandirimiz göstəriş verdikdən sonra yavaş-yavaş sağdan və soldan manevr edərək düşmən üzərinə irəlilədik.

Erməni hərbçilərini məhv edərək düşmən postlarını ələ keçirdik. Azərbaycan bayrağını həmin postlarda yüksəltdikdən sonra komandir heyətimiz bu barədə yuxarı rəhbərliyə məruzə etdi. Rəhbərlikdən isə qarşıdakı digər mövqeləri tutmaq barədə əmr verildi. Həmin mövqelərə doğru irəlilədik. Gərgin döyüş zamanı düşmən snayperinin gülləsinə tuş gəldim.
Döyüş yoldaşlarım məni Füzuli hospitalına təxliyə etdilər. Orada məni əməliyyat etdikdən sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərdilər. Hospitalda müalicə aldıqdan sonra evə buraxıldım”.

44 günlük şanlı tarixin bir parçası olmaqdan qürur duyduğunu deyən Mərhəmət Səmədov bildirib:

“44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Mən də İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdiyim üçün çox sevincliyəm. Bu Qələbə sevinci mənim üçün əvəzolunmaz fərəhverici hisslərdir”.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Mərhəmət Səmədov dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Havanın temperaturu bu tarixdə yüksələcək

Havanın temperaturu bu tarixdə yüksələcək

Xəzər dənizində tornado göründü - VİDEO

Xəzər dənizində tornado göründü - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Kiyev yaxınlığında silsilə partlayışlar

Kiyev yaxınlığında silsilə partlayışlar

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO