Xankəndidə etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə deputat Metakse Akopyan “news.am”a açıqlamasında məlumat verib.
“İndi hakimiyyət orqanları çıxıb xalqın yanında dayanmalı və Paşinyan rejiminə qarşı çıxmalıdır, başqa çıxış yolu yoxdur. Əks halda, Paşinyanla birlikdə Ermənistanın təslim olmasına səbəb olacaqlar”,-deyə o bildirib.
Qeyd edək ki, etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Bizim.Media